Növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi və seçkiqabağı təşviqatın aparılmasının vaxtı açıqlanıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az xəbər verir.
Təsdiqlənən təqvim planına əsasən, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanıla bilər.
15 yanvar 2024-cü il tarixindən etibarən isə prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına start veriləcək. Proses 6 fevral 2024-cü il, saat 08:00-da dayandırılacaq.