İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən Bəhruz Beybutova hökm oxunub. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin qərarına əsasən, Beybutov 15 il müddətinə azadlıqdan məhrum olunub.
Beybutov cari ilin fevral ayında saxlanılıb. O, Yardımlı rayonunun Mirim kəndi ilə Ləzran kəndi arasında yerləşən "Abuzərağa" adlı ziyarətgahın yaxınlığında Kənan adlı şəxs va qeyrilərindən 30 kq-dan çox heroin və 10 kq metamfetamin götürərək Xəzər rayonu, Qala qəsəbəsi, "Təzə sahə" adlanan ərazidəki evində gizlədib.
Beybutov Mərdəkan qəsəbəsi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılb. Baxış zamanı onda həmin narkotik vasitələr və psixotrop maddələr aşkar olunub.