Paytaxtda narkotik alverində təqsirləndirilən qardaşlara hökm oxunub. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Təbriz və Pərviz Rəhmanovlar hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirkarlar ötən il Səbail rayonu, Bayıl qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində saxlanılıblar.
Şəxsi axtarış zamanı Təbriz və Pərviz Rəhmanovların üzərindən və yaşadıqları evlərdən ümumilikdə 3673,017 qram heroin, 1550 qram xaşxaş, 230 qram metamfetamin, eləcə də 24.480 manat pul və üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.