“Neftçi”nin rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Zaur Qəhrəmanov “Neftçi” FK-nın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib. O, istefa səbəbini açıqlamayıb.
Z.Qəhrəmanov bu vəzifəyə 9 il əvvəl təyin olunmuşdu. O, daha öncə “SOCAR Türkiyə”nin baş icraçı direktoru olub. Ötən il vəzifəsindən azad edilərək SOCAR prezidentinin müşaviri təyin edilib.