“Neftçi” PFK-nın azarkeşləri klubu boykot edirlər. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az “Forza Neftçi” azarkeş qrupuna istinadən xəbər verir.
Bakı təmsilçisinin əsas azarkeş qrupu olan “Forza Neftçi” klubun oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiklərini bəyan ediblər.
“Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.
Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb”, – deyə bəynatda bildirilib.