Neftçilər prospektində təmir işləri aparılır. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Məlumatə əsasən, Kukla teatrının qarşısında aparılan təmir-qazıntı işləri Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində sıxlığa səbəb olub.
Hazırda təmir işləri səbəbindən həmin hissədə yolun 2 zolağında avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
[caption id="attachment_50963" align="alignnone" width="800"]
Foto DİN-in rəsmi Trelegram kanalı[/caption]