Nicat Abasov İddiaçılar Turnirində növbəti görüşünə çıxıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Nicat Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turnirinin VI turunda Rameşbabu Praqnanandha (Hindistan) ilə qarşılaşıb. 28 yaşlı azərbaycanlı qrossmeyster 0:1 hesabı ilə məğlub olub.
Nicat Abasov 1,5 xal toplayaraq, eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-ci və 8-ci yerləri bölüşdürür.
Turnir aprelin 22-nə qədər davam edəcək. 8 şahmatçının 2 dövrədən ibarət mübarizəsində 1-ci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500.000 avro təşkil edir. Qalib 48.000 avro qazanacaq.