Nicat Abasov İddiaçılar Turnirində məğlubiyyət yaşayıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Şahmat Federasiyasına istinadən xəbər verir.
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinin II turunun görüşləri keçirilib. Azərbaycanı təmsil edən Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. İlk turda Abasov Yan Nepomnyaşi ilə heç-heçə etmişdi.
Şahmatçımız III turda Hikaru Nakamura (ABŞ) ilə qarşılaşacaq.
Yarış 22 aprel tarixinə qədər davam edəcək. 8 şahmatçının 2 dövrədən ibarət mübarizəsində 1-ci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500.000 avro təşkil edir. Qalib 48.000 avro qazanacaq.