Bakıda 1939-cu ilin avtomobili fantastik qiymətə satılır. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az xəbər verir.
Yerli elan saytlarının birində “QAZ M-1” markalı avtomobil satlığa qoyulub. 85 illik nəqliyyat vasitəsi 160.000 manata satılır.
Maşının Gürcüstan Respublikasından alındığı və hazırda bu modeldən Azərbaycanda cəmi iki ədəd olduğu bildirilir.
[caption id="attachment_133241" align="alignnone" width="640"]
Foto Turbo.az[/caption]