Nicat Lənkəranskiyə Bakıda hökm oxunub. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror təqsirləndirilən şəxsin 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.
N.Əkbərov narkotik alverində təqsirli bilinirdi.