“Nikosayağı” adı ilə tanınan blogerin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Nicat Şakirlinin “Porsche” markalı avtomobili 20.000 dollar (34.000 manat) qiymətində elan saytlarının birində yerləşdirilib.
Ötən il Heydər Əliyev prospektində “Nikosayağı” idarə etdiyi “Porsche” ilə TİR-ə çarpılıb. Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, blogerin qolu isə amputasiya edilib.