Bakıda Nizami Kinoteatrında yalnız film izləməklə deyil, həm də oyun oynayaraq vaxtınızı əyləncəli keçirə bilərsiniz. Bu haqda Baku Tv reportaj hazırlayıb.
Oyun zalına giriş Nizami Kinoteatrının arxa qapısındandır. Zalın daxilində personal kompüterlərdən tutmuş hər şey virtual oyunlar üçün nəzərdə tutulub.
Kinoteatrın daxilində oyun zalından əlavə restoran və digər əlavə xidmətlər də var.