Paytaxtın Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində avtobus hərəkəti üçün zolaq ayrılıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az 1News-ə istinadən məlumat verir.
“Nizami” metrosu istiqamətində aparılan işlər artıq bitmək üzrədir. Zolaqda avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Analoji işlər şəhərin müxtəlif ünvanlarında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılır.