Paytaxtın Nizami rayonunda, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində şəhidlərin xatirəsinə abidə kompleksi açılacaq. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az xəbər verir.
Abidə 3 hissədən ibarətdir. Ortada ay və ulduz, sağ və sol hissələrdə isə şəhidlərin şəkillərindən ibarət barelyef quraşdırılıb.
Hazırda sözügedən ərazidə, ağaclıq sahədə yerləşən abidənin ətrafında abadlıq işləri aparılır.