Bakının Nizami rayonu, D.Aslan küçəsi, 16 ünvanında hisə verilmiş toyuq məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, həmçinin temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin dövri tibbi müayinəyə cəlb olunmadığı, eləcə də xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb.
Faktlarla bağlı məsul şəxs Dünyamin Əliyev məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti dayandırılıb.