Bakının Nizami rayonu, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində ikimərtəbəli yaşayış binası sökülür. Bu haqda bu gün, 31 yanvar tarixində Baku.ws məlumat verib.
Binanın sakinləri artıq köçürülüblər. Bina yaşayış üçün tamamilə yararsız olduğundan sökülərək yerində müasir standartlara cavab verən yeni bina tikiləcək. Söküntü və inşaatla məşğul olan şirkət köçürülən ailələrin kirayə haqqını qarşılayacaq.