Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsində təmir işləri aparılır. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Görülən tədbirlər çərçivəsində köhnə asfalt qaşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Hazırda küçə boyunca səkilər bərpa olunur. Həmçinin işlərlə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yeni baxış qapaqlarının, həmçinin yağış barmaqlıqlarının qoyulması da nəzərdə tutulub.
İşlərin son mərhələsində küçədə yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri, piyada zolaqları çəkiləcək.