Novruz bayramında iş olmayacaq günlər bəlli olub. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
Verilən qərara əsasən, bayramda 7 istirahət günü olacaq. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar günlərinə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.
Beləliklə, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günləri sayılacaq.