Azərbaycanda insan alveri ilə məşğul olan qadına hökm oxunub. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Pəri Abbasova insan alverində şübhəli bilinərək Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Abbasova qadınları aldadaraq, hədələyərək ölkədən kənara çıxarıb. Əllərindən pasportlarını alaraq o, həmin qadınları cinsi istismara məruz qoyub.
Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən, qadın 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl, cari həftə ərzində daha 2 qadın insan alverinə görə həbs edilib.