İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
O, təqsirli bilinərək məhkəmənin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, Gülsevər Qurbanova tamah niyyəti ilə və aldatma yolu ilə qadınları dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirərək, pasportlarını saxlayaraq insan alveri cinayətini törədib.
Qurbanova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, “İnsan alveri” maddəsi ilə cinayət işi başlanılıb.
Daha öncə məlum olub ki, daha bir qadın analoji əmələ görə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, iki qadını işə düzəltmək adı ilə Türkiyəyə apararaq və əllərindən pasportlarını alaraq onları müxtəlif vaxtlarda cinsi istismara məruz qoyub.