İnsan alverində təqsirləndirilən Kəmalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb. Bu barədə APA məlumat verib.
Hakim Siyavuş Hacıyevin tərəfindən oxunmuş hökmə əsasən K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 37 yaşlı Kəmalə Cəfərova 2016 və 2019-cu illərdə cinayət törədib. O, 2016-cı il avqust ayında zərərçəkmiş 43 yaşlı N.A.-nı və 34 yaşlı Ş.M-ni may ayı 2019-cu il tarixlərində Türkiyənin Konya şəhərində apararaq orada cinsi istismara məcbur etmişdir.
Qeyd olunur ki, hər iki zərərçəkmiş şəxs Binəqədi rayonundan olmadığı bildirilir.