İnterpolun Bakıdakı mərkəzinə yeni rəis təyin olunub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az xəbər verir.
Polis polkovniki Zamin Həsənov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisi təyin olunub. Bu haqda nazir Vilayət Eyvazov əmr imzalayıb.
Z.Həsənov təyinata qədər DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub.