top
Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub - Qardaşı
04 dekabr 2025, 14:32
- ↺ +

"Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub" - Qardaşı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ola bilsin ki, Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləri olub. Mənim heç bir halda onunla (red.Ramiz Mehdiyevlə) əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də".

Bunu şeyxin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a müsahibəsində bildirib.

"Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz", - deputat vurğulayıb.

C.Paşazadə həmçinin şeyxin adının müxtəlif biznes sahələrində çəkilməsi məsələsinə də aydınlıq gətirib: "Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar.

Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam. Sonra bir ara xalça biznesində adım hallandı. İndi görürəm ki, daha yer qalmayıb. Kimin yeri itir, mənim adımı verirlər. Bu yaxınlarda televiziyadan zəng etdilər ki, sizin restoranınızda işləyən 5 nəfər şikayətçidir. Mənim hansı restoranım var ki? Amma müxbir deyir ki, bizə məlumat veriblər, sizin restoranınızdır, bu da gedib inanır. Hələ bir ara gömrükdən mal keçirmək istəyirdilər, mənim adımı verirdilər. Biz artıq belə şeylərə öyrəşmişik". 

"Bir qızım, iki oğlum var. Bir oğlum polisdə, yüksək rütbədədir. Qızım filoloqdur, müəllim işləyir. Digər oğlum isə İstanbulda yaşayır, orada işləyir. Əvvəl burada məhkəmədə işləyirdi. Daha sonra Böyük Britaniyaya gedib dəniz brokerliyi sahəsində təhsil aldı, orada bir müddət logistika ilə məşğul olandan sonra İstanbulda öz şirkətini yaratdı.

Nəvələrimin hamısı oxuyub. Onlardan üçü İstanbulda yaşayır, iki nəvəm isə təhsilləri ilə bağlı İngiltərədədirlər. Bir nəvəm İstanbulda oxuyub, indi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri işləyir. Digərləri balacadır. Ən balaca nəvəmin adı Esmamələkdir. Gündə gəlib mənə yalan danışır (gülür)", - parlamentari ailəsi ilə bağlı sualları cavablandırarkən deyib.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər