Omsk – Bakı aviareysinə start verilib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rusiyanın “IrAero” aviaşirkəti Omsk – Bakı reysi ilə uçuşlara başlayıb. Reyslər həftədə 1 dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Uçuş proqramı 22 oktyabr tarixinə qədər açıqlanıb.
Sonuncu dəfə sözügedən şəhərlər arasında birbaşa uçuşlar 2014-cü ildə gerçəkləşib.