Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Mədəniyyət ocağının direktor müavini Səbinə Əsədova vəzifəsindən azad olunub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
46 yaşlı Əməkdar artist S.Əsədova teatr səhnəsində bir çox obrazlar yaradıb. O, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.