Bəstəkar-müğənni Pərviz Mahmudov xəstəxanadan evə buraxılıb. Bu haqda o, öz İnstagram səhifəsində məlumat paylaşıb.
Mahmudov müalicə olunduğu Leyla Medical Centre-nin bütün əməkdaşlara öz minnətdarlığı bildirib.
10 noyabr tarixində Pərviz Mahmudov beyin qansızması diaqnozu ilə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Pərviz Mahmudov Brilliant Dadaşova, Aygün Kazımova və Röya Ayxan kimi Xalq artistlərinə mahnı bəstələmişdir.