Nikol Paşinyan xalqa müraciətlə çıxış edir. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Baş nazir Artsaxın (Qarabağ) təslim olması ilə bağlı açıqlama verir.
“Biz "Qarabağ hakimiyyətinin" atəşkəs və silahlı qüvvələrin buraxılması barədə qərarını nəzərə almışıq”, – Paşinyan deyib.
O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan və Qarabağ danışıqlarında iştirak etməyib.
Paşinyanın bu anlarda baş verən müraciəti fonunda insanlar İrəvanda hökumət binası yaxınlığında toplaşmağa başlayıblar.