“Park Bulvar” ticarət mərkəzində 12-21 aprel tarixlərində “Outlet Garage Günləri” baş tutacaq. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az xəbər verir.
Satış ticarət mərkəzinin mənfi ikinci mərtəbəsində hər gün saat 10:00-22:00 aralığında keçiriləcək. “Park Bulvar”a gələn müştərilər “outlet” günlərində məşhur brendlərin məhsullarını 90%-ə qədər endirimlə əldə edə biləcəklər.
Bu, 3-cü “outlet” aksiyasıdır. Sonuncu analoji aksiya ötən ilin oktyabr ayında baş tutmuşdu.