Paytaxtda oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabail və Suraxanı rayonlarında rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Səbaildə Elmir Mirzəyev, Suraxanıda isə Ramil Cəfərov şübhəli bilinərək saxlanılıblar.
Saxlanılan şəxslər əvvəllər də oğurluq və narkotiklərlə əlaqədar məhkum olublar.
Hazırda araşdırmalar davam edir.