3 noyabr tarixində Bakıda daha bir ağacəkmə aksiyası keçirilib. Aksiya Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında təşkil olunub. Bu haqda Azərtac xəbər verib.
Şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyasında Heydər Əliyevin büstü önünə güllər düzülərək, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova çıxış ediblər.
Sonda tədbir iştirakçıları Badamdar qəsəbəsinin Birinci Qarabağ müharibəsində şəhid olan sakinlərinin şərəfinə açılmış xatirə lövhəsinin önünə gül dəstələri qoyub, ruhlarına dərin ehtiramlarını bildiriblər.