AQTA tərəfindən keçirilən yoxlamalar zamanı Sabunçu rayonundakı heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb. Onların yerləşdikləri ərazilər aşağıdakı kimidir:
- Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi 6 - 2 məntəqə;
- Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küç., ev 21;
- Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küçəsi;
- Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 24B.
Həmin obyektlərdə ət kəsimi üçün nəzərdə tutulmuş konstruksiyalar sökülüb, sahibkarlar məsuliyyətə cəlb olunublar.
Monitorinqlərin bundan sonra da davam edəcəyi bildirilir.