Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimai Birliyinin paytaxt ərazisində birgə monitorinqləri davam edir. Bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Hazırda Suraxanı rayonu ərazisində küçə və prospektlərdə, parklarda və məhəllələrdə reydlər keçirilir. Yaşıllıq zolaqlarının yaradılması, küçələrin işıqlandırılması, asfalt örtüyünün yenilənməsi, abadlıq işləri, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin salınması və digər məsələlər ilə bağlı təkliflər hazırlanır.
Bu nöqsanların aradan qaldırılması üçün müvafiq strukturlarla əməkdaşlıq çərçivəsində növbəti mərhələdə tədbirlər görüləcək.
Daha öncə, oxşar monitorinqlərin nəticələrinə əsasən Səbail, Nərimanov və Yasamal rayonlarında bir sıra küçə və prospektlərdə piyada səkiləri salınmış, işıqlandırma sistemi yaradılmış və digər abadlıq işləri aparılmışdır.
[URIS id=47168]