Bakının Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 22 iyul tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti məlumat verib.
Hazırda küçədə təmir işləri gedir, asfalt örtüyü qismən qaşınıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.