Bakıda bir sıra uşaq evləri başqa dövlət qurumuna ötürülür. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi və Xətai rayonu 3 nömrəli uşaq evi Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Bununla bağlı bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Yeni göstərişin yerinə yetirilməsi üçün 2 ay vaxt verilib.