Bakıda tarixi binaların xarici görkəmini pozan 400-ə yaxın reklam lövhəsi aşkar olunub. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.
Sahiblərlə aparılan söhbətlər nəticəsində qısa müddətdə bəzi nöqsanlar aradan qaldırılıb. Bir sıra lövhələr isə Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində fasadlardan sökülüb.
Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.