Paytaxtın əsas prospektlərində sıxlıq müşahidə olunur. Tıxaclar marşrut avtobusların intervalında ləngimələrə səbəb olub.
Belə ki, Böyük Şor qovşağından 20 Yanvar dairəsinə kimi saat 08:00-dan yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən tıxac yaranıb. Bu baradə BNA-nin mətbuat xidməti məlumat verib.
Həmçinin, hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu da müəyyən ləngimələrə səbəb olub.