Bakı ərazisində küləkli havaya görə 21 ağac sınıb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bununla yanaşı, Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata əsasən, ötən gün ərzində 14 ağacın budaqları da sınıb.
Sınan ağaclar qurumun əməkdaşları tərəfindən operativ şəkildə götürülüb və ərazilər təmizlənib.