Güclü külək səbəbindən xəsarət alan 3 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
3 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıblar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 49 yaşlı qadın ambulator müalicə alandan sonra evə buraxılıb. 43 yaşlı kişi əməliyyat olunub, hazırda onun vəziyyəti ağırdır. Xəsarət alan 56 yaşlı pasiyent isə öz istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.