Bakıda yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək. Bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az məlumat verir.
Bakının mərkəzi hissəsində, xüsusilə tarixi mərkəzində və küçə boyunca parkinq vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.
Bundan başqa, yeni inkişaf ərazilərində parklanma ilə bağlı çatışmazlığın kompensasiya edilməsini nəzərə almaqla parklanma qaydaları çərçivəsində yeni parklanma tarifləri müəyyən ediləcək.
Əlavə parklanma yerləri mövcud yerüstü avtomobil dayanacaqlarında və ödənişsiz əsaslarla fəaliyyət göstərən ərazilərdə təmin edilə bilər.