Bakı və respublikanın müxtəlif rayonlarının sakinləri könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Noyabrın 16-da paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında sakinlər polisə 2 avtomat, 1 tapança, 1 qumbara, 4 patron darağı, 350 müxtəlif çaplı patron və 14 müxtəlif markalı ov tüfəngi təhvil veriblər.
Əlavə olaraq keçirilən əməliyyat nəticəsində 15 ov tüfəngi aşkar edilərək götürülüb.