Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu haqda bu gün, 22 fevral tarixində Report məlumat verib.
Arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində havada tozun miqdarı 1,6-3 dəfə normadan artıqdır. Bu cür hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.