Bakının müxtəlif rayonlarında tozun miqdarı və dəm qazı normadan artıq olub. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Verilən məlumata görə, Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında toz hissəcikləri 1,6, dəm qazı isə 1,3 dəfə normadan çox olub.
Bunun səbəbi nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.