Bakıda və respublika ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
15 dekabr tarixində paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında 4 avtomat, 2 qumbara, 5 patron darağı, 637 ədəd müxtəlif çaplı patron və 40 müxtəlif markalı tüfəng təhvil alınıb.
Bundan əlavə, keçirilən əməliyyatlar nəticəsində 1 avtomat və 6 tüfəng aşkar edilib.