Bakıda və respublika ərazisində vətəndaşlar könüllü olaraq silah-sursat təhvil verməyə davam edirlər. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
9-10 dekabr tarixlərində paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında vətəndaşlar 3 avtomat, 3 patron darağı, 66 ədəd müxtəlif çaplı patron və 14 müxtəlif markalı tüfəng könüllü olaraq polis şöbələrinə təhvil veriblər.
Həmçinin əməliyyat tədbirləri nəticəsində 1 avtomat, 1 patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 5 tüfəng aşkar edilərək götürülüb.