Bakıda və ölkə ərazisində qanunsuz ağac kəsimi ilə bağlı araşdırma aparılıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadən xəbər verir.
Araşdırma zamanı məlum olub ki, paytaxtın Xətai rayonu, Babək prospektində meşə fonduna daxil olmayan ərazidə, həmçinin respublikanın digər bölgələrində ümumilikdə 357 ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 48.000 manatdan artıq ziyan dəyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə” maddələri ilə cinayət işləri başlanılıb və istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.