Bakıda və ölkə ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Noyabrın 29-da paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər polisə 5 avtomat, 6 patron darağı, 2120 müxtəlif çaplı patron və 18 müxtəlif markalı ov tüfəngi təhvil veriblər.
Əlavə olaraq keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 tüfəng və 18 patron aşkar edilərək götürülüb.