Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi keçirilir. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sərgidə 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ sənətin konservasiyası, bərpası və profilaktik nəzarəti şöbəsində qorunan 30-a qədər eksponat nümayiş olunur.
Tədbirdə XVII–XX əsrlər, həmçinin müasir dövrə aid olan nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar təqdim olunur. Bu eksponatlar muzeyin peşəkar konservatorları, bərpaçı-rəssamlar tərəfindən bərpa olunub.
Əlavə olaraq, sərgi çərçivəsində yanvarın 13-də saat 16:00-da tekstil konservasiyası üzrə ustad dərsi baş tutacaq.
Tədbir yanvarın 21-dək davam edəcək.