Füzuli şəhərinə ailələrin köçü davam edir. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakıda, Abşeronda, eləcə də Sumqayıtda yaşayan 89 nəfərdən ibarət 25 ailə Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən Füzuli şəhərinə yola düşüb.
Həmçinin həmin köç karvanına Beyləqandan və Füzuli rayonlarından 5 ailə (17 nəfər) qoşulub.
Bununla birlikdə Füzuli şəhərinə ümumilikdə 440 ailə (1625 nəfər) köçürülüb.