Sabunçu rayonunda batan gənc hələdə tapılmayıb.
Bakuplus.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
Hazırda batdığı ehtimal olunan 27 yaşlı Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.