Bu gün, 7 dekabr tarixində Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin rəhbəri Abidin Gülmüş, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Cari il iyulun 31-də İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti" və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, görülən işlər nəticəsində bu gün Parkın 7,8 hektar ərazisində dərman istehsalı zavodu fəaliyyət göstərəcək.
Zavodda 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq.